Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar Rzayev şair Qəşəm Nəcəfzadənin sabah Şuşaya səfər edəcək şairlərin siyahısından adının çıxarılmasına münasibət bildirib.
araz.az bildirir ki , o Manset.az-a açıqlamasında Qəşəm Nəcəfzadənin adının hansı səbəbdən siyahıdan çıxarıldığını bilmədiyini qeyd edib.
“Biz onun adını siyahıda vermişdik, olmalı idi, ancaq çıxarılıb. Niyə çıxarılıb, bilmirəm. Qəşəmin adını kim çıxardıb xəbərim yoxdur. O məni ittiham edə bilməz, çünki mən onun adını siyahıda vermişdim. Mümkünsə onun da adını siyahıya daxil etsinlər, getsin!”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.