Bugünlərdə “Yuventus”dan “Mançester Yunayted”ə transfer edilən Kriştiano Ronaldo ona doğma olan şəhərdə yeni otellər tikdirəcək.
araz.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu artıq Mançester şəhərində tikəcəyi otellər üçün yer alıb. Kriştiano otellərin tikintisi üçün 31 milyon avro dəyərində vəsait ayırıb.
150 otaqdan ibarət olacaq lüks otellərdən biri “Newton Street” ərazisində inşa olunacaq. Bu otel dünyada yeddinci “Pestana” markalı tikili olacaq. Otelin adı isə simvolik olaraq “CR7” adlanacaq.
Qeyd edək ki, Ronaldonun vətəni Portuqaliyada və İtaliyanın Turin şəhərində də xeyli bahalı mülkləri var.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.