Azərbaycandan Rusiya Federasiyasına pomidor ixrac edən aqrar şirkətin rəhbəri dəyişib.
araz.az xəbər verir ki, “AqroTerm” MMC-nin rəhbəri olmuş Pərviz Əliyev Məmməd oğlu vəzifəsindən azad edilib.
Onun yerinə Kamran Əhmədov Şaiq oğlu təyinat alıb.
“AqroTerm” MMC 2017-ci ildə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”MMC (CIIC) tərəfindən təsis edilib. CIIC özü isə İqtisadiyyat Nazirliyinin “ Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin törəmə şirkətidir.
Şirkət “Venol” tipdə istixana komplekslərinə sahibdir. Əsas fəaliyyət istiqaməti pomidordur. Hansı ki, ötən ilin sonunda Rusiyanın “Rosselxoznadzor” tərəfindən bu şirkətin ixracına ilk icazə verilən şirkətlərdən idi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.