243161114 391434975771752 1250429365702284179 n

Sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

araz.az  Oxu.Az-a istinadən bildirir ki, universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

Sıxlıq daha çox Bakı Dövlət Universitetinin (BDU) qarşısında baş verib. 

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva  bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub:

“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.

araz.az xəbər portalı.