Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr – Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktordan yeni xəbər var.
araz.az Oxu.Az-a istinadən xəbər verir ki, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova artıq kollektivlə sağollaşmağa hazırlaşır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda direktor səhhəti ilə bağlı vəzifəsini yerinə yetirmir:
“Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova hazırda səhhəti ilə əlaqədar işə çıxmır”.
Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/Po8MS_Wmogs’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.