2e88726f d897 44ac bc07 72d3245f079e

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsinin qətlə yetirilən direktoru Ziyad Əhmədov Ələs oğlu müharibə veteranı imiş.

araz.az  Oxu.Az-a istinadən bildirir ki,  qətlə yetirilən şəxsin rəsmi olaraq 90-cı illərin Qarabağ müharibəsi veteranları siyahısında adı mövcuddur.

O, 2007-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində fəaliyyət göstərib. Bir neçə il əvvəl isə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində direktor vəzifəsinə təyin edilib.

1964-cü il təvəllüdlü Ziyad Əhmədov Mərkəzin Goranboy rayon şöbəsində mühasib kimi fəaliyyət göstərən 28 yaşlı Goranboy sakini Mirhadı Bağırov tərəfindən saat 13:00 radələrində boyun nahiyəsindən bıçaqla vurularaq qətlə yetirilib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.