irakli Garibashvili

“Bugünkü vəziyyətə görə, Saakaşvili 6 il həbsdə qalmalı olacaq. Məhbus Saakaşvili bu reallığı nə qədər tez dərk etsə, özü və komanda yoldaşları üçün bir o qədər yaxşıdır”.

araz.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili jurnalistlərə bildirib.

Baş nazir Saakaşvilinin Ukrayna tərəfinə təhvil verilib-verilməyəcəyi ilə bağlı suala cavab olaraq bunun mümkün olmadığını söyləyib.

Prezidentin Mixail Saakaşvilini əfv etməsinə gəlincə, Baş nazir qeyd edib ki, prezident Saakaşvilinin saxlanıldığı gün öz mövqeyini bildirib.

“Mümkün deyil, bunu yüz faiz təsdiq edirəm. Əvvəla, kimsə onun təhvil verilməsini istəmir, istəsələr belə, heç kim verməyəcək və ən azı 6 ildən sonra istənilən ölkəyə gedə bilər.

Prezident Salome Zurabişvili, eyni axşam Saakaşvili saxlanılanda, bunun söz mövzusu olmadığını və bu məsələnin bağlandığını söylədi”, – deyib İrakli Ğaribaşvili.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.