“Almaniyada məktəblilərə “göz mədəniyyəti” öyrədirlərmiş. Başqasına zillənmək olmaz, qızları süzmək, onlara söz atmaq olmaz, kiminsə bədəninə, geyiminə baxmaq etik deyil və s. Biz çarəni çadrada tapmışıq”.
araz.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə bildirib.
“Bu ənənə ərəb xilafətindən (İslamda siyasi idarəçilik) başlayıb. Siyasi hakimiyyətdə təmsil edilən kişilər o qədər qadınla evlənirlər ki, ara qarışır məzhəb itir, kim kimin arvadıdır, bilinmir. Onda qərara alırlar ki, “hakimiyyət qadınları”nın başları örtülsün, seçilsinlər, kənar adamlar, əyan-məyan onlara göz qoymasın. Xalq da bilirsiz həmişə hakim qüvvə ilə yarışır, ona baxıb örnək alır, üstəlik, bu qadınların sayı elə artır ki, bir də baxırlar bütün ərəb çölləri qapalı qadınla dolub. Sonralar Qurana “zinətlərinizi gizlədin” cümləsi yazılır. Bu zinət nədir? Saçmı, boyunbağımı, zinət əşyalarımı, bəlli deyil və niyə qadının saçı bağlanmalıdır, buna heç bir izah yoxdur” – A.Əlizadə qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.