“Bu il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən 8 Noyabr – Zəfər Günü ərəfəsində qəbul ediləcək Amnistiya aktı nəticəsində azadlıqdan məhrum edilmiş təxminən 3 mindən çox məhkumun azadlığa buraxılacağı qeyd edilir. Azərbaycan ordusunun şanlı tarix yazdığı Zəfər Günündə belə bir humanist addımın atılması təqdirəlayiqdir. Mən Amnistiya aktını yüksək qiymətləndirirəm. Azərbaycanın belə özəl günündə ailələri sevindirmək dövlət başçısının humanistliyindən xəbər verir”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bayramlar zamanı əfv sərəncamları imzalayır, amnistiya aktı qəbul edilir: “Əfv sərəncamları və amnistiyalar zamanı cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar cəzadan ya tamamilə azad edilir, ya da onların cəza müddəti azaldılır. Sonuncu dəfə 2016-cı ildə qəbul edilən Amnistiya aktı bir qrup şəxsə aid edilib. Bu il də azad edilən şəxslərin öz ailələrinə qovuşması sevincə səbəb olacaq. Bu, təqdirəlayiqdir. Amnistiya aktı, həmçinin daha çox qadınları, yaşı 60-dan yuxarı olan və 18 yaşı tamam olmamış şəxsləri, eyni zamanda qərar qüvvəyə mindiyi günədək çəkilməmiş cəza müddəti bir ildən çox olmayan məhkumları əhatə edəcək. Milli Məclisin növbəti plenar iclasında məsələyə baxılacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.