ilham554e

“Noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Azərbaycan xalqı bu tarixi Qələbəmizi qeyd edəcək”.

araz.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayan dövlət başçısı bildirib ki, hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib: “Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.