memur

“Dövlət büdcədən oğurlanmış pulların qaytarılması siyasəti həyata keçirərsə, əlbəttə ki, bu qədər qiymət artımına ehtiyac qalmaz. Əksinə, Qarabağda yenidənqurma və bərpa işləri başladıqdan sonra ölkədə korrupsiyaya meyil daha da artıb. Bu səbəbdən, ölkədə vətəndaşların həyat səviyyəsi getdikcə aşağı düşür. Azərbaycanda dövlətə ən azı 15-20 milyon pul qaytara bilməyəcək məmur yoxdur. Təbii ki, milyardları olan məmurlar da var”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu   Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, istənilən deputatın milyonlarla pulu var: “Nazirlərin Maddi imkanını isə milyardlarla ölçmək olar. Hələ bu yaxınlarda xəbər yayıldı ki, deputatlardan birinin 30 milyon dollarına həbs qoyulub. Hökumət çox dəqiq bilir ki, hansı məmurda nə qədər pul var. Əgər dövlət istəsə, geri qaytarılan pullarla büdcəni 2-3 dəfə artıra bilər. Təəssüf ki, əksi baş verir. Məmurlar oğurlamaqda davam etdikdə, ağırlıq sadə xalqın üzərinə düşür”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.