z 07.11.2021 1636305065 e1636311983448 768x403

8 noyabrda saat 12.00-da (Bakı vaxtı ilə saat 14.00-da) Moldovanın paytaxtı Kişinyov şəhərindəki Azərbaycanın Səfirliyinin qarşısındakı Azərbaycan Guşəsində 8 Noyabr — Zəfər Gününə həsr olunmuş barelyefin təntənəli açılış mərasimi keçiriləcək.

Bu barədə, araz.az-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, barelyefin üzərində zəfərin rəmzi olan “Dəmir yumruq” və sülhün rəmzi olan – “Xarı Bülbül” əks olunub. Həmçinin barelyefdə üç dildə — azərbaycan, rumın və ingilis dillərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır! Biz bundan sonra qalib ölkə və müzəffər xalq kimi əbədi yaşayacağıq!” sözləri yazılıb. Bundan başqa, “Dəmir yumruğun” altında üç dildə “Bizim birliyimiz — bizim gücümüzdür!” şüarı əks olunub.

832eb221 9133 4b0f a3b1 1bbef65b0c321636305076

 

Açılışda rəsmi şəxslərin, Moldovada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin, Azərbaycan diasporunun üzvlərinin və yerli KİV nümayəndələrinin iştirakı gözlənilir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.