Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirləri davam etdirir.
araz.az xəbər verir ki, Baş Prokurorluq və DSX-nin birgə yaydığı məlumata görə, son günlər ərzində Sahil Mühafizənin sahil nəzarəti bölmələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edib.
Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.
Qeyd edilən hüquq pozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindənmüvafiq tədbirlər həyata keçirilir.
araz.az xəbər portalı.