16368700952983830508 1000x669

Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni ölkəsinin ərazi, siyasi, tarixi və mənəvi hüquqlarının qorunmasında göstərdiyi qətiyyətə görə təqdim edilib. İstər postsovet məkanında, istərsə də müasir dünyada İlham Əliyev kimi liderləri barmaqla saymaq olar.

araz.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikri Moldovanın tanınmış blogeri, jurnalist Artur Yefremov öz feysbuk səhifəsindəki statusunda yazıb.

Moldovalı bloger bildirib ki, Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarını bu yüksək mükafatla təltif edərkən açıq şəkildə söyləyib: “Qarabağda təxminən otuz il davam edən işğala Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib”.

Artur Yefremov Prezident İlham Əliyevin Ali Ordenə layiq görülməsi münasibətilə Azərbaycan dövlətini təbrik edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.