WhatsApp Image 2021 11 27 at 00.21.24

Əsl Vətəndaş Əvəz Həsənovun qəfil vəfatına çox üzüldüm. Bir də ki, biz xalq olaraq, istənilən şəxsin vaxtsız ölümünə üzülüb, xoş sözlərlə yad edirik. Azərbaycanda isə, tanınmış, peşəkar… şəxslər həddindən artıq çox, Vətəndaş isə, həddindən artıq azdır. Ona görə, mənim üçün, bu, çox fərqli bir üzüntüdür. Dost olmasaq da, tez-tez görüşməsək də, Əvəzin fəaliyyəti ilə uzun illərdir ki, yaxından tanışam, çünki heç kimə, heç nəyə baxmayan, lazım bildiyini edən, cəmiyyət üçün çox faydalı işlər görən və çox nadir işıqlı insan, əməlində israrlı olan bir şəxsiyyət idi.
Təmsil olunduğu dedi-qodularla, intriqalarla bol olan dairədə öz mənliyini, səmimiliyini, peşəkarlığını, doğulduğu Kəlbəcərin təbiəti kimi saflığını qoruyan bir ziyalının vəfatı tək öz doğmaları, yaxınları üçün yox, cəmiyyət üçün ağır bir itkidir. Çox təəssüf ki, həmişə olduğu kimi, sağlığında gördüyü işlərə dəyər vermədilər, bir çox hallarda haqqında qarayaxma kampaniyası apardılar. Təbiətcə sakit, təvazökar, səbrli, mülayim təbiətli insan olan Əvəz bəy barəsində olan haqsızlıqlara heç vaxt etiraz etmədi, narazılığını bildirmədi, şəxsi problemlərini qabartmadı — gücü hər şeyi saf olan ürəyinə sığışdırmağa çatdı!

Nə qədər çətin olsa da, bu yaşımda məndən çox-çox cavan vəfat edən Əvəzə Uca Allahdan rəhmət, ailəsinə, doğma və yaxınlarına səbr diləyirəm! Nə qədər qısa olsa da, Əvəz kimi cəmiyyətə faydalı, ailəsinə başucalığı gətirən həyat yaşamaq, 100 il mənasız yaşamaqdan şərəflidir!aslan ismayilov 101219 02

Aslan İSMAYILOV,
hüquqşünas.

araz.az xəbər portalı.