“Mixeil Saakaşvili ölkənin üçüncü prezidentidir və buna görə də məhkəmə zalından ictimaiyyətə müraciət etməsini təmin edəcəm”.
araz.az xəbər verir ki, bu sözləri Mixeil Saakaşvilinin 29 noyabrda keçiriləcək məhkəmə prosesinin hakimi Liana Orkodaşvili, verdiyi müsahibəsi zamanı deyib. Müsahibə zamanı hakim deyib: “Əgər Saakaşvilini yenə də məhkəmə zalına gətirməsələr, biz onun həbs olunmasını müzakirə etməyəcəyik”. O, həmçinin, Preziden Salome Zurabişvilinin Mixeil Saakaşvilini əfv edəcəyini desə, bu zaman Saakaşvili barəsində yenidən hökm oxumayacaqlarını və onu sərbəst buraxacaqlarını bildirib. Hakim həmçinin, Mixeil Saakaşvilinin Qldani xəstəxanasına köçürülməsi kadrları barədə suala da cavab verib və bu kadrları “çox ağır” olaraq adlandırıb. Xatırladaq ki, hakim Liana Orkodaşvili Mixeil Saakaşvilinin 10 noyabrda keçirilən məhkəməsi zamanı ona telefonla danışmaq haqqını verib və 7 noyabr hadisələri ilə bağlı ilkin həbs tələbini ləğv edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.