araz.az xəbər verir ki, bu barədə ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əlbəttə, biz bu sessiyanın, o cümlədən 10 ildir qəbul olunmayan siyasi bəyannamənin daha zəngin nəticələrini görmək istərdik. Çünki hamı çalışır ki, təhlükəsizliyi gücləndirmək üçün ümumi vəzifələrə diqqət yetirmək əvəzinə, öz xırda sualları ilə bəyannamə doldursun”, – Lavrov qeyd edib.
O, həmçinin qeyd edib ki, bəyanat digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının vasitəçilik səylərini alqışlayır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.