“Hər ikisi ilə dost münasibətim var. Burada istər-istəməz şəxsi mövqedən çıxış edə bilərəm. Ona görə də şəxsi mövqedən çıxış etməməyim üçün susmağa üstünlük verirəm. Çünki həm Rövşənə, həm də Turala ayrı-ayrılıqda hörmətim var, hər ikisi ilə uzun illər ayrı-ayrı televiziyalarda çalışmışam, gözəl insanlardır. Təbii ki, istəməzdim belə bir hadisə olsun, təəssüf doğurur. Belə halların təkrarlanmasını arzulamazdım. Hesab edirəm ki, nəsə bir anlaşılmazlıq olub, bu xoşagəlməz hadisəni heç də təqdirəlayiq saymıram”.
araz.az Moderator.az-a istinadən xəbər verir ki, bunu tanınmış teleaparıcı Rövşanə Bektaşi bildirib. O, efirdə görünməməsinin səbəbini də açıqlayıb:
“Hal-hazırda “Space” telekanalıdan çalışıram. Sadəcə olaraq yeni bir verilişim olmalıdır, təbii ki, mən də gözləyirəm. Obyektiv və subyektiv səbəblərdən dolayı verilişimizin hələ ki, yayımı dayanıb, efirə çıxa bilmirik, dekor-filan işləri uzanır. Efirdə görünməməyimin səbəbi budur”, – deyə Rövşanə Bektaşi bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.