İrəvanda Ermənistan-Litva ikitərəfli əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirilib.
araz.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Məsləhətləşmələrdə 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı imzalanıb. Plana əsasən 2022-ci ildə təcrübə mübadiləsi, hərbi tibb və hərbi-siyasi məsləhətləşmələrlə bağlı 71 birgə tədbir keçiriləcək.
Qeyd edək ki, bundan öncə Ermənistan hərbçiləri NATO ölkəsi Yunanıstanla hərbi təlimlər keçmişdi və bu təlimlər vaxtaşırı olaraq aparılır.
Ermənistan NATO-nun rəqibi sayılan KTMT üzvüdür.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.