1AA8AFBF CEBF 4CA2 902A 15E28179DFFA 660x330

Media, ciddi adamlar, dövlət qurumları kütlənin əsas meyl etdiyi və daha çox cəmləşdiyi yerə “əşi, ora pozğunxanadı” deyib, həmin geniş təbliğat imkanı olan platformanı məhz bəyənilməyən adamların ixtiyarına buraxmamalıdırlar.

Heç vaxt proqnozlarımda yanılmamışam. Buyurun, bir yazıda ölkənin iki tanınmış KİV-i məhz “Tik-Tok”-da yayılan materiala istinad edib.

Çox yaxın zamanda ciddi fəaliyyətlə məşğul olan şəxslərin digər sosial şəbəkə platformalarından Tik-Tok-a transferi daha da sürətlənəcək. Artıq bunun ilkin simptomları özünü göstərməyə başlayıb.

Üç gün əvvəl bir neçə tiktokerin nüfuzlu televiziyalardan birinə dəvət edildiyinin və məhz həmin şəbəkənin təbliğat üstünlükləri ilə bağlı müzakirənin aparıldığının şahidi oldum.

Sizi əmin edirəm ki, qısa müddət sonra “Tik-Tok”un Azərbaycanda bağlanmasını tələb edən jurnalist Elçin Alıoğlunun da “Tik-Tok”da profil açdığının şahidi olassınız. Onu profilini özüm paylaşacam.

Məhəmmədəli QƏRİBLİ.

araz.az xəbər portalı.