Ermənistan prezidenti Armen Sarkisyan özünün və baş nazir Paşinyanın istefasını tələb edən müxalif “5165” hərəkatının liderləri Karin Tonoyan və Menua Soqomonyanı qəbul edib.
araz.az xəbər verir ki, “Qraparak” nəşrinin yazdığına görə, A.Sarkisyan hərəkat üzvlərini Ermənistan Respublikasının prezidentinə yazılı müraciətindən sonra qəbul edib.
Görüş zamanı ölkə qarşısında duran daxili problemlər və xarici çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Hərəkat üzvləri ölkə prezidentinə öz fikir və mülahizələrini çatdırıblar.
Xatırladaq ki, “5165” hərəkatı 44 günlük savaşdan sonra yaradılıb. Hərəkat üzvləri mütəmadi olaraq kütləvi aksiyalar təşkil edərək müharibənin nəticələrinə görə baş nazir N.Paşinyanın və rəhbəri olduğu hökumətin istefasını tələb edirlər. Son vaxtlar isə Ermənistan prezidentinin də istefası tələblər sırasına qatılıb….
araz.az xəbər portalı.
araz.az xəbər portalı.