Gələcəkdə ermənilərin Qarabağda itirdiklərini digər bir türk torpağında əldə etmək niyyətini qətiyyən diqqətdən qaçırmaq olmaz
Kremlə müharibə elan edən erməni diasporası, Rusiyanın ən həssas nöqtəsi olan çeçen-inquş-ləzgi münasibətləri üzərindən Qərbin əlinə oynayacaq
Rusiya Milli Qvardiyasını Rusiya bayrağının olmadığı, federal subyektlərdən birinin digərinə “əzələ nüayiş etdirdiyi” təlimlərdə iştirak etməyə nə vadar edib?
Rusiyanın tərkibinə daxil olan Çeçünistan ilə İnquşetiya arasında ərazi mübahisəsinin tarixi keçən əsrin 90-cı illərində başlayır. Əsrin sonuna yaxın bu münaqişəni federal hakimiyyət qismən nəzarət altına ala bildi. Bir neçə gün əvvəl Çeçenistanda keçirilən təlimlərlə bağlı paylaşılan foto münaqişənin həll edilmədiyinə və yenidən ərazi problemlərinin yaranmasına dair iddiaların səsləndirilməsinə səbəb olub.
Rusiyanın tərkibinə daxil olan hər iki respublika müstəqil deyil, federasiyanın subyektləridir. Belə olan halda bu iki respublikanın ərazi üzərindən mübahisə (əvvəllər müharibə) aparması, hansısa ərziləri bölüşdürməsi, əslində Rusiya torpaqlarının daxildən parçalanması deməkdir. Əgər Rusiya ərazisinin hamısına nəzarət edirsə, bu torpaqlar Rusiyaya məxsusdursa, o zaman subyektlər nəyi bölür və ya nəyi bölə bilmir. Deməli, Rusiyanın daxilində hələ də həll edilməyən milli məsələlər mövcuddur, bəzi ərazi problemləri isə asılı vəziyyətdə qalıb. Belə olan halda Rusiya Qarabağda mövcud seperatizm problemlərini necə həll edəcəyi də sual doğurur.
Hazırda federal mərkəz Şimali Qafqazda baş verənlərə ciddi reaksiya vermir. Vəziyyət isə gərginləşməkdə davam edir. Çeçenistanda keçirilən təlimlərlə bağlı paylaşılan foto Rusiyada yaşayan hər bir kəsdə maraqlı bir sual doğurub: Rusiya Müdafiə Nazirliyinin nömrələrini daşıyan hərbi maşınların üstündə bir dənə də olsun Rusiya bayrağı görünmür. Maşın karvanı başdan ayağa Çeçenistan Respublikasının bayraqları ilə bəzədilib. Belə çıxır ki, Çeçenistanın təhlükəsizlik qüvvələri Rusiyanı tanımır, onun qanunlarına riayət etmir, Çeçenistan Respublikasının yurisdiksiyası altında tam müstəqil fəaliyyət göstərir.
Rusiya Sülahlı Qüvvələrinə aid qoşun, hissə və bölmələrin, həmçinin karvanların hərəkəti nizamnamələrin tələbləri əsasında tənzimlənir. Bu tələblərə görə bölmələrin tanınma nişanları, o cümlədən Rusiya bayrağı olmadan hərbi karvanın hərəkəti qadağandır. Baş verənlər yalnız Çeçenistanın Rusiya qanunlarını tanımaması kimi şərh edilə bilər.
Rəsmi qurumlar bu fotonun Rusiya Milli Qvardiyası ilə Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin hissələrinin birgə keçirdiyi 3 günlük təlimlərdə çəkildiyini təsdiqləyib. Belə çıxır ki, Rusiya ərazisində təlimlərdə federal qanunları pozmaq olar.
Təlimlər Çeçenistan ilə qonşu respublikaların sərhəd zonasında keçirilib. İstənilən təlim şəxsi heyətin döyüş hazırlığı planına daxil edilməlidir. Əgər plandan kənar təlim zərurəti yaranırsa, bu da federal mərkəzlə, yəni Moskva ilə razılaşdırılmalıdır. Təlimlərin keçirilməsinə icazə verildiyi şübhə doğurmur. Ya Moskvada, ya da Cənub Regional İdarəetmə Mərkəzinin yerləşdiyi Rostov- Dondan bu təlimlərə “yaşıl işıq” yandırılıb. Milli Qvardiynın təlimlərdə iştirakı barədə deyilənlər doğrudursa, o zaman icazənin Kremldən verildiyi ehtimalı böyükdür. Şəkildə Milli Qvardiyanın rus bayrağı ilə görüntüsünü izləmək mümkün olmadığı üçün, rəsmi məlumatı şübhə altına almağa məcburam.
Çeçen təhlükəsizlik orqanlarının həddən artıq müstəqilliyini əvvəllər də müşahidə etmişik. Onların Rusiya simvollarına qarşı növbəti “allergiyası” bu dəfə də açıq-aşkar hiss olunur.
Kreml Çeçenistan rəhbəri Ramzan Kadırova Çeçenistan Respublikasının Rusiya Federasiyası tərkibindəki subyekt olduğunu xatırlatmağa və sərhədlərdə qüvvə nümayiş etdirməsinə münasibət bildirməyə tələsmir. Hazırda Kadırov qonşularına əzələ nümayiş etmək hüququna malik müstəqil dövlət təəssüratı bağışlayır. Kadırov Rusiya hakimiyyətinə çox yaxın adamdır, onun öz müstəqilliyini bu qədər aşkar nümayiş etdirməsinin arxasında mütləq Kremldə orturan birisi mövcuddur.
Çeçenistanın təhlükəsizlik qüvvələrinin sərhədyanı rayonlarda keçirdiyi təlimlər əslində qəribə görünür. Çünki, həm Çeçenistanın Daxili İşlər Nazirliyi, həm də Rusiya Milli Qvardiyası ölkənin sərhəd mühafizəsinə cavabdeh deyil. Rusiya sərhədlərinin qorunması Federal Təhlkəsizlik Xidmətinin Sərhəd Xidmətinin səlahiyyətinə aid məsələdir.
Çeçenistanın xarici dövlətlə sərhədi yalnız Gürcüstanla mövcuddur. Bu Pankisi dərəsinin ən çətin və əlçatan olmayan bölgəsindən keçən 84 km ərazidən keçir. Bu səhəd bölgəsi İtum-Qalada yerləşən zastavadakı rus sərhədçiləri tərəfindən qorunur. Deməli, Çeçenistan Daxili İşlər Nazirliyinin Rusiya Milli Qvardiyası ilə sərhədlə bağlı təlim keçirməsi üçün heç bir əsas mövcud deyil.
O zaman təlimlərin mövzusu Rusiyanın deyil, Çeçenistanın qonşuları ilə sərhəddi ilə bağlı olduğu şübhə doğurmur. Çeçenistan və İnquşetiya arasında Sunjenski rayonundakı Dattıx kəndi ətrafında baş növbəti mübahisələr də bunu isbat edir. Maraqlı iki sual yaranır: Rusiya Milli Qvardiyasını Rusiya bayrağının olmadığı, federal subyektlərdən birinin digərinə “əzələ nüayiş etdirdiyi” təlimlərdə iştirak etməyə nə vadar edib? Çeçenistan ilə İnquşetiya ilə başlayan sərhəd mübahisəsinin davamını Çeçenistan ilə Dağıstan sərhəddində gözlənilirmi? Adətən ərazilərin yenidən paylanması ehtimalı yaranada ermənilər fəallığını artırır. Bunu Qarabağda, Samtse Cavaxetiyada, Krımda, Osetiyada və Abxaziyada dəfələrlə müşahidə etmişik. Görəsən Rusiyanın cənubunda yerləşən Çeçenistan-İnquşetiya məsələsində ermənilərin fəaliyyətləri nədən ibarət olacaq?
Uzunmüddətli perspektivdə isə Ermənistan, harda və necə baş verəcəyindən asılı olmayaraq, yeni ərazi əldə etməyə çalışacaq. Bu niyyət bizə tarixdən məlumdur. Odur ki, gələcəkdə ermənilərin Qarabağda itirdiklərini digər bir türk torpağında əldə etmək niyyətini qətiyyən diqqətdən qaçırmaq olmaz. Vaxtilə Rusiya imperiyası ilə əməkdaşlıq nəticəsində əldə edilən Qarabağın 44 gündə Azərbaycan tərəfindən azad edilməsinə görə Kremlə müharibə elan edən erməni diasporası, Rusiyanın ən həssas nöqtəsi olan çeçen-inquş-ləzgi münasibətləri üzərindən Qərbin əlinə oynayacaq. Bunu Paşinyan da zaman-zaman nümayiş etdirib. NATO-nu belə sərhədlərinə dəvət edib. Noyabrın 10-da isə planlaşdırılan görüşdən imtina etməklə Paşinyan Putinə sifət göstərməyə çalışdı və üzünü Kremllə əks qütblərdə dayanan Brüsselə tərəf çevirdi. Qulağı çəkiləndən sonra Paşinyan Brüssüldən əvvəl Moskvaya səfər etməyə razı oldu, lakin bu Paşinyanın Rusiyaya münasibətdə, həm də erməni diasporasını təzyiqi altında, Qərbin əlinə oynamayacağını deməyə əsas verməz. Odur ki, harda bölünə biləcək ərazi varsa, orda köçəri erməni izini axtarmağa dəyər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.