Siirtdə 102 milyon dollar sərmayə ilə inşa edilən Türkiyənin ilk filizdən sink əritmə zavodu Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə istifadəyə verilib.
araz.az xəbər verir ki, Türkiyə-Qətər ortaqlığı ilə qurulan Xətti Metal Sink İstehsalat Təsisi Türkiyənin ilk sink metal külçələrini istehsal edəcək.
Obyekt ölkənin tələbatının 40 faizini ödəyəcək.
Qeyd edək ki, Türkiyə hazırda ildə 250-300 min ton sink idxal edir. Bu, ildə ən azı 1 milyard dollar xərc yaradır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.