nursultan nazarbayev1

Nursultan Nazarbayev respublikaların SSRİ-dən ayrılması ilə bağlı Belovejsk razılaşmasını imzalamalı idi, lakin Viskuliyə getmədi. Çünki Rusiya, Ukrayna və Belarus nümayəndələrinin toplandığı yığıncağa getməyəcəyi təqdirdə Qorbaçov Nazarbayevə SSRİ parlamentinin sədri vəzifəsini təklif etmişdi.

araz.az  Axar.az-a istinadən xəbər verir ki, bunu keçmiş Belarus SSR Ali Sovetinin sədri Stanislav Şuşkeviç deyib.

“O, gələcəyini dedi, amma sonra onun təyyarəsi ilə əlaqə itdi. Moskvaya getdi, Qorbaçov ona SSRİ parlamentinin sədri vəzifəsini söz vermişdi. O da qərara gəldi ki, bu, çox yaxşıdır”, – Şuşkeviç bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.