Tovuz rayonunda baş verən son hadisələr bir daha onu sübut edir ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin bu rayon şöbəsində vəziyyət heç də urəkaçan deyil. Çünki, sakinlər Tovuzda aylarla, illərlə süründürülürlər, getgələ salınırlar. Yəni, rüşvət verən hər kəsin işi qısa zaman kəsiyində həllni tapır, rüşvət verməyənlərin işləri isə, sanki “daşa dönür”. Tovuz İcra və Probasiya Şöbəsində icra məmurları özlərini elə aparırlar ki, sanki onlar icra məmuru deyil, yeri-göyü yaradanlardırlar. Qeyd edək ki, bu şöbədə icra məmurları elə bir formada korrupsiyaya bulaşıblar ki, onların barəsində ləngimədən təcili və təxirəsalınmaz tədbirlərin görülməsinə ciddi ehtiyac duyulur. Diqqət yetirək ki, Ali Məhkəmənin sonuncu (6 məhkəmə qərarı var), yəni 7-ci qərarından sonra Gəncə Apellyasiya Məhkəməsi 21 iyun 2016-cı il tarixdə (İş № 2(104)-27) icra sənədlərini icra etmək üçün Tovuz Rayon İcra və Probasiya şöbəsinə göndərir və çıxarılmış qərarda Əhmədov Oruc Qasım oğluna məxsus torpaq sahəsini zəbt etmiş Abbasov Elfaq Bayram oğlunun qarşısında “Həyətyanı torpaq sahəsinin boşaldılması və tikinti materiallarından təmizlənməsi” tələbi qoyulur. Adı çəkilən bu şöbənin icra məmuru İlqar Məmmədovun fəaliyyətsizliyi nəticəsində, Gəncə Apellyasiya Məhkəməsindən göndərilmiş icra sənədi hələ də icra olunmayıb. Səbəb ???
Redaksiyamıza daxil olan səhih məlumatlarda bildirilir ki, icra məmuru İlqar Məmmədovun fəaliyətsizliyinin kökündə kənar müdaxilələr, ələlxüsus Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun “sağ əli” və “qara kassası” rolunu məharətlə yerinə yetirən Sahib Əsgərovun, Tovuz İcra və Probasiya Şöbəsinə göstərdiyi təzyiqlərin varlığı əsas rol oynayır. Çünki, cavabdeh Elfaq Abbasov Sahib Əsgərovun bacısı qızının həyat yoldaşıdır. Belə bir qohumluq əlaqəsinin və Sahib Əsgərov faktorunun varlığı, məhz icra məmuru İlqar Məmmədovun fəaliyətsiz olmasına birbaşa öz təsirini göstərir.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/pfcjWFQLROY’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Vaqif ƏHMƏDOV,
“Araz” Media Qrupunun analitik yazılar və şərhlər şöbəsinin redaktoru.
araz.az xəbər portalı.