dcf6d7c9f651382c827efb15625e6b98

Azərbaycan iqtisadiyyatının post-münaqişə və pandemiyanın müəyyən həcmdə səngiməsindən sonra sürətlə bərpası, həmçinin ticarət profisitində artıma nail olunmasında “G20” ölkələrinin payı böyükdür. Xüsusilə, bu ilin 10 ayında İtaliya ilə ticarət münasibətlərindəki inkişaf “G20” ölkələri ilə rekord həcmdə ticarət dövriyyəsinə şərait yaradıb. 2020-ci ilin 10 ayı ilə cari ilin eyni dövrünü müqayisə etsək, ticarət dövriyyəsində 4 milyard dollarlıq artım görmək mümkündür. “G20” ölkələri ilə ticarət münasibətlərindəki son 1 illik artım bir neçə nüansla əlaqəlidir.

  • Sürətli iqtisadi bərpa neft-qaz qiymətlərini bahalaşdırıb və Azərbaycanın neft-qaz ixracında əsas payı tutan İtaliya da alışı artırıb.
  • Azərbaycan artıq qeyri-neft sənayesində yeni bazarlara çıxıb və rekord həcmdə qeyri-neft məhsulu satıb.
  • araz.az xəbər portalı.

araz.az xəbər portalı.