Əmək qanunvericiliyini pozanlar iki min manatadək cərimələnəcəklər
“539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”
Məcəlləyə dəyişiklik Milli Məclisin əmək və sosial siaysət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
İclasda komitə sədri Musa Quliyev bildirib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.
Komitə sədri Musa Quliyev bildirib ki, qanun layihəsinə təklif olunan dəyişikliklər vətəndaşın və işçinin sosial və əmək hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir.
araz.az xəbər portalı.