““Media haqqında” qanun layihəsinin hazırlanmasında media nümayəndələri də iştirak ediblər. Onlar 800 nəfərə yaxın jurnalist-ekspert heyətindən ibarət olub. Hazırda qüvvədə olan, 1999-cu ildə qəbul edilən “KİV haqqında” Qanun 79 dəfə dəyişdirilib, müasir tələblərə cavab vermir. Qanunla sosial şəbəkələr və bloqerlərin fəaliyyəti tənzimlənir. Doğrudur, layihənin jurnalistlər və bəzi qurumlar tərəfindən tənqid olunan tərəfləri də var, bu da başadüşüləndir”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov “Media haqqında” qanun layihəsi barədə danışarkən deyib.
V.İskəndərov ki, qanun layihəsi parlamentdə müzakirə ediləcək, müəyyən düzəlişlərin olunması mümkündür: “Qanun müasir dövrün çağırışlarına uyğun hazırlanıb və tərtibat zamanı beynəlxalq təcrübələr də nəzərə alınıb. Həmçinin, burada vahid jurnalist vəsiqəsinin verilməsi də planlaşdırılıb. Statusundan sui-istifadə edənlərin əməllərinin qarşısının alınması üçün də müəyyən bəndlər var. Vacib məsələlərdən biri də keyfiyyətli xəbər hazırlanmasına şərait yaradılmasıdır. Qanunla media subyektlərinin istehsal etdiyi yazılar üzərində müəllif hüquqlarının qorunması da təmin ediləcək. Xəbər uğrunda mübarizə, xəbər yaratma bacarığı inkişaf etdiriləcək. Bu, media sahəsində effektiv fəaliyyətin təşkil edilməsinə təminat verən qanun layihəsidir. Hesab edirəm ki, “Media haqqında” qanun layihəsi dövrün tələblərinə cavab verir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.