ARZUNAGI7

“Dünyada, eləcə də regionda baş verən hadisələrin fonunda media sahəsinin diqqətdə saxlanılması düzgün addımdır. “Media haqqında” Qanun qəbul edildiyi təqdirdə jurnalistlərlə bağlı bir sıra suallara aydınlıq gətiriləcək. Eyni zamanda, həmin qanun layihəsi informasiya müharibəsində uğur əldə etməyimiz üçün yeni imkanlar da yaradacaq. Bilirik ki, 44 günlük Vətən müharibəsi zamanı və post-münaqişə dövründə informasiya savaşı ölkəmiz üçün daha əhəmiyyətli məsələyə çevrilib”.

araz.az Pravda.az-a istinadən bildirir ki , bunu Milli Məclisin deputatı Arzu Nağıyev ictimai müzakirəyə təqdim edilən “Media haqqında” qanun layihəsindən danışarkən deyib.

Deputat bildirib ki, bu gün ciddi media qurumlarının fəaliyyəti tənzimlənməlidir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyi bu gün də öz aktuallığını saxlayır. Xarici media qurumlarının yerli mediaya istinad etməsinə nail olmaq, dünyaya inteqrasiya etmək üçün media orqanlarının bir neçə dildə yayımlanması ümumilikdə medianın inkişafına təkan verə bilər. Ona görə də yeni qanun layihəsindən irəli gələn tələblərin informasiya sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsinə də müsbət təsir edəcəyini hesab edirəm. “Media haqqında” yeni qanun layihəsi mütərəqqi sənəddir”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.