“Jurnalist, media tərəfsiz, qərəzsiz olmalıdır. Şəxslərin şəxsi həyatını, şəxsiyyətini hədəf almamalı, ona indekslənməməlidir. Jurnalist, media hər kəsə bərabər davranmalıdır. Ayrıseçkiliyə yol verməməli və ayrıseçkiliyi təbliğ etməməlidir. Jurnalist kinlə yaşamamalı, qərəzli olmamalıdır”.
araz.az-ın xəbərinə görə, bunu media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bildirib.
Ə.Məmmədli qeyd edib ki, jurnalist senzuraya çağırış etməməli, insanları digər hərəkətlərinə, əlamətlərinə görə birbaşa əlaqəli olmadığı məqamlarda fərqləndirməməlidir: “Jurnalist hüquqa sayğılı olmalı, təqsirsizlik prezumpsiya hüququna hörmət etməli, məhkəmənin qərarı ilə suçlu elan edilməyənə suçlu müamiləsi etməməlidir. Jurnalist hər hansı bir suç işləyən şəxsi, həmin suçuna görə cəzalandırılıb, cəzasını çəkibsə, onu əbədi çıxdaş etməməli, əvvəllər məhkumluğuna görə diskriminasiyaya məruz qoymammalıdır. Jurnalist “əxlaq polisi”, “milli və mənəvi dəyərlərin keşikçisi” rollarına girməməli, hər kəsə, hər olaya peşəkar yanaşmalı, məsləyinin gərəyini yerinə gətirməlidir, bütün tərəflərin mövqeyini cəmiyyətə çatdırmalıdır, jurnalist vasitəçi qalmalıdır. İnsanları “yaxşı-pis” deyə qiymətləndirməməlidir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.