Hər kəsə məlumdur ki, ətraf mühitin mühafizə olunması və bu sahədə əmələ gələn problemlərin aradan qaldırılması və s. zaman-zaman tam əksəriyyətin diqqətinicəlb edib.
Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyati dövlət qurumları tərəfindən yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar da verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elmdir. Yəni, bu sahə canlı və cansız оrqanizmlərin bir-biri ilə, həmçinin хarici mühitlə qarşılıqlı əlaqələrini tənzimləyir, оnların yaşayış tərzində, inkişafında, çохalmasında başlıca rol oynayır. Bundan əlavə, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmanın qanunauyğunluqlarını, оnların əlaqəsini, təbiətin dialеktikasını izahlı şəkildə öyrədir. Faktdır ki, müasir dövrdə bəşəriyyətin varlığını ekologiyasız təsəvvür etmək heç cür mümkün deyil. Belə ki, yazmağı, oxumağı, saymağı bilmədən, hətta bir çox yaşayış hallarını dərk etmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən yaşamaq, məhz bir o qədər çətindir. Ona görə də son illər bu sahəyə aid xarici dillərdə çoxlu dərsliklər, məşhur elmi kitablar nəşr olunur, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, eyni zamanda bu sahəyə aid aparılan tədqiqat işlərinin tematik topluları işıq üzü görməkdə davam edir.
Bəli, bu gün ölkəmizin əksər sahələrində olduğu kimi, ekologiya sahəsində də problemlərin aradan qaldırılması, ətraf mühitin mühafizəsi və bu sahədə tarazlığın qorunub saxlanılması istiqamətində mühüm işlər görülməkdə davam edir. Yəni, indiyə kimi bu sahə ilə bağlı çoxsaylı proqramlar uğurla həyata keçirilib ki, bu da ekoloji tarazlığın qorunmasında başlıca rol oynayıb. O da hər kəsə məlumdur ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət, yenə də öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Belə ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ətraf mühitin mühafizə olunması, mütərəqqi texnologiyaya əsaslanan yeni müəssisələrin inşa olunması, yaşıllıqların, parkların və s. salınması məqsədilə atılan addımlar, məhz ölkəmizin ekologiya sahəsinin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Bu yöndə atılan addımların nəticəsidir ki, indiyə kimi ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Sözsüz ki, lazımi uğurların əldə olunmasında hər bir peşəkar mütəxəssisin, vəzifə borcunu yüksək səviyyədə yerinə yetirən vəzifə sahiblərinin əvəzsiz rolları olur ki, belə şəxslərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyevidir. Qeyd edək ki, adı çəkilən bu şəxs 1986-ci ildən ekologiya sahəsində əmək fəaliyyətinə başlamış və ötən illər ərzində bir çox strateji vəzifələri daşımaqla, məhz işgüzar fəaliyyəti ilə peşəkar bir mütəxəssisə çevrilmişdir. Bəli, idarə rəisi Şakir Quliyevin keçdiyi həyat yollarına nəzər saldıqda bəlli olur ki, o, 35 illik fəaliyyəti dövründə çalışdığı sahənin bütün incəliklərinə dərindən yiyələnməyi bacarmışdır. Adicə bir müqayisəni aparmaqla, məhz bu şəxsin nəyə qabil olduğunu, idarəetməni hansı qaydalar əsasında həyata keçirməsini müəyyən etmək heç də çətin deyil. Əvvəla onu qeyd edək ki, Şakir Quliyev bu ilin avqust ayında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunur və o, ötən 4 ay ərzində cavabdehlik daşıdığı ərazinin ekologiya sahəsinə fiziki və hüquqi şəxslərin vurduqları zərərlə bağlı, yəni qanunsuz balıq ovu ilə məşğul olanlara, meşə və yaşıllıqları məhv edənlərə, çirkab suları ətrafa mühitə axıdanlara, istehsalat və məişət tullantılarından düzgün istifadə etməyənlərə, atmosferin çirklənməsinə şərait yaradanlara, qanunsuz ov edən yerli və əcnəbi şəxslərə, hətta brokonerlif fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizə apararaq, bugünə kimi 436 akt və 113 protokolun tərtib olunmasına nail olmuşdur. Yəni, belə bir sayda tərtib olunmuş akt və protokollar əsasında ətraf mühitin ehtiyat fonduna 189 330 manat pul ödənilmişdir. Bundan fərqli olaraq əvvəlki idarə rəisinin 8 aylıq fəaliyyəti dövründə isə, fiziki və hüquqi şəxslərin ətraf mühitə vurduqları zərərlə bağlı 420 akt və 88 protokol tərtib olunur və ehtiyat fonduna 89 535 manat pul ödənilir. Belə bir fərqin ortaya çıxması onu sübut edir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi üzərinə düşən vəzifəsinin məsuliyyətini dərindən dərk edən vəzifə sahibidir.
Bəli, Şakir Quliyevin başlıca amalı xalqına, dövlətinə layiqincə xidmət etməkdir, üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirməkdir. Faktdır ki, bu gün ətraf mühitin mühafizə olunmasında, müəyyən problemlərin aradan qaldırılmasında onun kimi peşəkar, savadlı, bacarıqlı, xalqını sevən, dövlətinə bağlı olan vəzifə sahiblərinin üzərinə böyük məsuliyyət yükü düşür. Hər kəs tam şəkildə əmin ola bilər ki, bugünə kimi daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gələn Şakir Quliyev, bundan sonra da daha böyük uğurlara imza atacaq. Onu da unutmaq olmaz ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi heç də sıradan bir şəxs deyil. O, idarəçilik sahəsində kifayət qədər zəngin həyat yolu keçən, təmiz əqidəsi və başlıca amalı ilə ulu öndər Heydər Əliyev siyasətini ən yüksək səviyyədə müdafiə edən, ölkə rəhbəri İlham Əliyev cənablarının ümumilli maraqlarımızın təmin olunması yöndə etdiyi hər bir çağırışa dəstək verən vəzifə sahibidir. Bu şəxsin həyat və fəaliyyəti haqda az-çox məlumatı olanlar bilirlər ki, Şakir müəllim əqidəsindən dönməyən, atdığı addımları ilə özünün mərd, kişiyanə mövqeyini ifadə etməyi bacaran, dərin elmi savada, yüksək insani keyfiyyətə, səriştəli idarəçilik bacarığına malik vəzifə sahibidir.
Onu da qeyd etmək yerinə düşər ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev xaraktercə sadə təbiətli bir şəxsdir və belə bir səbəb üzündən də, o, hər kəsin üzləşdiyi, yaxud da üzləşə biləcəyi problemləri daim diqqətdə saxlayır, yeri gəldikdə lazımi köməkliyini də göstərir. Bu kimi halların nəticəsidir ki, bu şəxs nəinki çalışdığı kollektiv üzvləri arasında, hətta tabe olduğu qurumun rəhbər şəxslərinin yanında da çox böyük hörmət-izzət sahibdir. Bəli, bu cür əməl və amal sahibi olan Şakir Quliyev, hal-hazırda tam əksəriyyətin inandığı və etibar etdiyi vəzifə sahiblərindən biri hesab olunur.
Başqa bir məqama da toxunaq ki, bu cür əqidəsi saf, vicdanı təmiz, başlıca amalı xalqına və dövlətinə xidmət etmək olan bu şəxsə qarşı, hal-hazırda bəzi qüvvələr tərəfindən qarayaxma kompaniyası davam etdirilməkdədir. Yəni, bəlkə də Biləcəridən kənarda tanınmayan ayrı-ayrı media qurumlarında, bəzən elə hallar olur ki, kimlərinsə sifarişi əsasında bu şəxslə bağlı şər-böhtan xarakterli, çirkin məqsədlərə xidmət edən əsassız məqalələr yayımlanır. Yəni, Şakir Quliyev barəsində tənqidi məqalələri yayımlayanlar, məqalə yayımlanmazdan öncə heç bir araşdırmalar aparmırlar, yalnız “ağalarının” verdikləri sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Sözsüz ki, bu cür iyrənc addımların kökündə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyevin artan nüfuzunu həzm edə bilməyənlərin ambisiyaları durur. Həmin qüvvələr o halın varlığını unudurlar ki, onlar bu cür addımları ilə heç də uzağa gedə bilməyəcəklər. Çünki, çox zaman məqsəd və məramları çirkin niyyətlərə hesablanmış şəxslərin arzuları heç də “çin olmur”.
Mirzə
araz.az xəbər portalı.