Məlumdur ki, 27 sentyabr 2020-ci il tarixdə erməni faşistlərinin hücum əməliyyatlarına cavab olaraq başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində davam edən işğala son qoydu. Bəli, ötən illər ərzində problemin sülh yolu ilə həllinə qarşı çıxan erməni terorçuları, çox keçmədi ki, rəşadətdli ordumuzun gücü və yenilməz qüdrəti sayəsində Azərbaycan torpaqlarından təmizləndilər. Bu gün işğaldan azad olunan ərazilərimizdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsi, qalibiyyət simvoludur. Ona görə də İkinci Qarabağ savaşında tarixi ədaləti bərpa edən, xalqımıza hədsiz sevinc hissi bəxş edən şəhidlərimizə, qazilərimizə, bir sözlə qüdrətli Azərbaycan Ordusunun hər bir əsgər və zabitinə ömür boyu borcluyuq.

WhatsApp Image 2022 01 01 at 23.21.54

   Tarixi bir həqiqəti qeyd edək ki, Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılan 2020-ci il, məhz xalqımızın tarixi yaşadıqca hər il xatırlanacaq və heç zaman unudulmayacaq. Çünki, 2020-ci il unudulmaz tarixi Qələbənin əldə olunduğu ildir və həmin ili xalqımıza özünün qorxmazlığı, cəsurluğu, vətənpərvərliyi və s. ilə sayılıb-seçilən Vətən övladları yaşatdılar. Ona görə də Vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, onların ailələrinə sahib çıxmaq və problemləri ilə maraqlanmaq, bu gün hər birimizin mənəvi borcumuzdur. Bir xatırlamanı da yada salaq ki, daim qəlbində Vətən sevgisi gəzdirən, doğma xalqına bağlılıq hissi nümayiş etdirən vətən övladlarından biri də, 13 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olan Hüseynzadə Həmidağa Bağı oğlu olur. O, 27 sentyabr 2020-ci ildə erməni işğalçı qüvvələrinə qarşı başlayan İkinci Qarabağ müharibəsinin ilk günündə Murovdağ silsiləsində “Canavar qulağı” adı ilə tanınan postların alınmasında əvəzsiz igidlik və bənzəri olmayan qəhrəmanlıqlar göstərir. Təəssüflər olsun ki, 28 sentyabrda Həmidağa Hüseynzadə komandanlığın verdiyi əmr və tapşırıqları yerinə yetirən zaman, yəni erməni işğalçılarına qarşı həyata keçirilən döyüş əməliyyatlarının birində qəhrəmancasına şəhid olur. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı 2-ci Fəxri Xiyabanda dəfn olunur və o, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Qarabağ” ordeni, həmçinin “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunur.

   Onu da qeyd etmək yerinə düşər ki, torpaqlarımızın bütövlüyünün təmin olunması yolunda canından, qanından keçən və şəhidlik zirvəsinə ucalan Həmidağa Hüseynzadənin ölməz ruhu, ötən 15 ay ərzində olduğu kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində də Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 20C ünvanında fəaliyyət göstərən “NEPTUN” mağazasının əməkdaşları tərəfindən unudulmur. Yəni, bu mağazanın baş direktoru Vüqar İbrahimovun, satış müdiri Allahverdi Quliyevin, bölgə müdiri Fərid Nəsirovun və admistrator Elməddin Balakişiyevin birbaşa təşəbbüsü ilə, 29 dekabr 2021-ci il tarixdə Xüsisi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Həmidağa Hüseynzadənin 2-ci Fəxri Xiyabandakı məzarı mağazanın bir neçə əməkdaşları tərəfindən ziyarət edilir, ruhuna dualar oxunur, məzarı üstünə gül dəstələri düzülür, onun və digər şəhidlərin əziz xatirələri bir daha ehtiramla anılır. Hətta, şəhid Həmidağa Hüseynzadənin ailəsinə “NEPTUN”un kollektivi adından bayram sovqatları da çatdırılır. Sözsüz ki, bu kollektivdə çalışan hər bir əməkdaşın bu yöndə atdığı addım, baş direktor Vüqar İbrahimovun həyata keçirdiyi idarəçiliyin mahiyyətini müəyyən etməyə əsas verir.

WhatsApp Image 2022 01 01 at 23.22.19

  Heç cür unutmaq olmaz ki, “NEPTUN” supermarket mağazasında çalışan kollektiv üzvlərinin hər biri şəhid adını uca tutur, şəhid ruhuna hörmət və ehtiramla yanaşırlar. Bu da onu söyləməyə əsas verir ki, bu kollektivdə çalışanlar hər zaman xalqının, dövlətinin yanında olmağı bacarırlar, əsl vətəndaşlıq nümunəsini nümayiş etdirirlər. Ona görə də, şəhid Həmidağa Hüseynzadənin ölməz ruhunu uca tutan, vətənpərvərlik hissi nümayiş etdirənlərin atdıqları addımlar, bu gün olduğu kimi, məhz sabah da lazımınca qiymətləndiriləcək.
WhatsApp Image 2022 01 01 at 23.22.19 1

   Faktdır ki, “NEPTUN” spermarket mağazasının baş direktoru Vüqar İbrahimovun idarəçiliyinin əsas məğzi, məhz xalqına və torpağına bağlı olmaq istəyi üzərində həyata keçirildiyindən, kollektiv üzvləri belə bir ruhda formalaşırlar, bu yöndə addımlarını atmağa qərar verirlər. Bəli, bu gün “NEPTUN” spermarket mağazası əksər mağazalardan fərqlənir və bu kollektivdə çalışanlar digərləri üçün örnək ola biləcək addımlarını atırlar. İnanırıq ki, bugünə kimi müştərilərin dərin inam və etibarını qazanan, kollektiv üzvləri arasında sağlam mühitin formalaşmasına nail olan, ən əsası bu mağazada çalışanların hər birində torpağa bağlılıq, xalqına sevgi, şəhid ruhuna hörmət və ehtiram hissi formalaşdıran “NEPTUN” spermarket mağazasının rəhbərliyi, bugünkü addımları ilə tariximizdə silinməz izlər buraxacaq. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.

Kamal MİRZƏ

 

araz.az xəbər portalı.