maxresdefault“Dünəndən sosial şəbəkələr unun və un məmulatlarının qiymətinin artmasından yazır. Ölkədəki prosesləri diqqətlə izlədiyimdən, keçən ilki qiymət artımlarından sonra vətəndaşların maddi vəziyyətinin həddindən artıq ağır olduğunu bilirdim və hakimiyyətin bununla bağlı ciddi tədbirlərin görəcəyinə ümidliydim. Ona görə də bu söhbətlərə inanmayıb, bu gün özüm çörək satılan mağazalara gedib, unun qiyməti ilə bağlı maraqlandım və həqiqətən 1 kisə 30 manatlıq unun artıq ən azı 38 manat olduğunu, avtomatik olaraq un məmulatlarının, çörəyin qiymətinin də artımasını öyrəndim.

araz.az xəbər verir ki, bu haqda tanınmış hüquqşünas Aslan İsmayılov özünün “Facebook” səhifəsində yazıb. Hüquqşünas hesab edir ki, indiki vəziyyətdə çörəyin qiymətinin qaldırılması hakimiyyətin özünəqəsd etməsi deməkdir: “Bəli, bunun başqa adı yoxdur. Ən azından yaxın günlərdə havaların soyuması ilə bağlı qazın, işığın qiymət artımına olacaq vətəndaş etirazına qarşı onu çörəklə də sınağa çəkməyin ağır fəsadları olacağına heç kim şübhə etməsin. Bu gün çörəyin qiymətinin artımı ölkə əhalisinə nə demək olduğunu izah etməyib, bircə halı diqqətinizə çatdırıram. Rəhmətlik Heydər Əliyev hakimiyyətə təzə gəldiyi vaxtlar dünya bazarında unun qiymətinin kəskin bahalaşması ilə bağlı ölkədə çərəyin qiymətinin qaldırılmasından əvvəl çoxlu sayda görüşlər keçirmiş və nə olursaolsun çörəyin qiymətin artımına getmək, insanları çörəklə sınağa çəkmək olmaz, bu, çox təhlükəlidir demişdi. Bunu mənə həmin görüşlərdə iştirak edən çörək zavodlarından birinin direktoru demişdi.

**

Başqalarından fərqli olaraq, bu gün hakimiyyətin əlavə xərclərinin əmələ gəldiyini bilsəm də, bu, yolverilməzdir və xalqı zorla üsyana sürükləməkdir. İslahat komandası adlandırdıqlarımın məntiqini heç cür başa düşməsəm də, ancaq onu deyə bilərəm ki, bu vəziyyətdə heç köhnə komanda da belə addımlar atmazdı. Ən azından Dövləti demirəm, özlərini fikirləşərdilər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.