natiqceferli12“Son 48 saata bir daha sübut olundu ki, ölkədə, təəssüf ki, illərdir ağıllı saydığım insanların bəziləri də sekslə mitinqi, etirazı qarışıq salırlar: Seksdə prosesin özü cəlbedicidir, mitinq-etirazda isə nəticə çox önəmlidir. Hələ də mitinqi nəticəyə hesablanmış legitim siyasi proses olduğunu anlamayan, mitinqin özündən həzz almağa çalışanlar var, az qala 30 ildir bu kafadadırlar və bu mərəzlə bəzi gəncləri də zəhərləyiblər”.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki,  bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, etiraz, mitinq xalqın legitim haqqdır, dövlətin, millətin yaxşılığa doğru dəyişməsinə xidmət etməlidir, pozitiv nəticəyə səbəb olmalıdır: “Gedin sevinin, Qazaxstanı da belə itirdik, biz haqlı çıxmaqdan yorulduq, amma bəzilərinin qanacağı da çatmır ki, haqsız olanda cəmiyyətdən üzr istəsinlər, çünki onların dərdi xalq deyil, cəmiyyət deyil…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.