Faktdır ki, ХХ əsrin əvvəllərində xalqımızın əldə etdiyi müstəqillik hüququ qısa zaman kəsiyində əlindən alındı və bunula da, Şərq aləmində ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətinin varlığına son qoyuldu. Buna baxmayaraq, qəlblərə yol açmış istiqlal istəyi zaman-zaman baş qaldırdı. Yəni, xalqımız 70 il ərzində bolşevik buxovları altında yaşasa da, əsrin əvvəllərindəki istiqlaliyyətinin tamını unuda bilmədi, arabir bu məqsədə qovuşmaq istəyi baş qaldırsa da, son anda nəticəsiz qalırdı. Bütün bunlara baxmayaraq, kommunist düşüncəsi, kommunist idarəçiliyi yeni tarixi siyasi mühitin qarşısında duruş gətirə bilmədi və son anda məhvə düçar olmalı oldu. Nəhayət, məğrur xalqımızın əsrlər boyu azadlıq uğrunda apardığı mübarizə əzmi ХХ əsrin son onilliyində öz həllini tapdı. Düzdür, bu istiqlal mübarizəsi çox çətin və keşməkeşli yollardan keçməli oldu. Buna da əsas səbəb, 70 il ərzində mövcud olmuş Sov.İKP-nin varlığı idi.image17 Qeyd edək ki, müttəfiq respublikalarla bərabər, dünya dövlətlərinin bir çoxunu da zaman etibarilə özünün təsir dairəsində saxlayan kommunist rejiminə qarşı mübarizə aparmaq, heç də o qədər asan məsələ deyildi. Buna baxmayaraq, 1980-ci illərin sonlarında bütün sovet məkanında baş qaldıran milli-azadlıq mübarizəsi, dünyaya meydan oxuyan Sovet İmperiyasının varlığına son qoydu. Bəli, Sov.İKP-nin süqutu yaxınlaşdıqca müttəfiq respublikalarda baş qaldıran milli-azadlıq hərəkatını qan içində boğmaq istəyindən əl çəkməyən kommunust rejimi, 20 yanvar 1990-cı il tarixdə Bakının mərkəzi küçələrində  növbəti qırğını törətdi. Həmin vaxtlarda əliyalın xalqımıza qarşı analoqu olmayan vəhşiliklər həyata keçirilsə də,  məğrur xalqımız heç də sınmadı, ölümün gözünə dik baxaraq öz istiqlalını əldə etməyə nail oldu. Аrtıq həmin vaxtdan bizi 32 illik tarixi zaman ayırır. Ötən illər ərzində özünün müstəqil dövlətini formalaşdıran xalqımız, hər ilin 20 yanvar gününü qan yaddaşımızın tarixi bir günü olaraq xüsusi qeyd edir və və faciə qurbanlarının ruhları qarşısında baş əyirlər.

   Unutmaq olmaz ki, Sov.İKP-nin buxovu altında inləyən digər müttəfiq respublikalar kimi, 1988-ci ilin sonlarından başlayaraq Azərbaycan Respublikası da, mənfur rejimin eybəcərliklərinə qarşı əsl azadlıq mücadiləsinə başladı və həmin tarixi vaxtlarda Azadlıq Meydanında milyonların əzəmətli səsi ilə imperiya əleyhinə şüarlar səsləndirildi, xalqımızın müstəqil yaşamaq hüququ hər kəsə aşılandı. Bir tərəfdən rus ordusunun köməkdarlığı sayəsində azğınlaşan erməni hərbi birləşmələri torpaqlarımızın müəyyən hissəsini işğal edir, digər tərəfdən isə, kommunust başbilənlərin planları əsasında xalqımız təxribata sürüklənirdi. Qeyd etmək yerinə düşər ki, belə bir çirkin oyunların arxasında imperiya təxəyyülü ilə yaşayanlar dururdu və onlar xalqların milli-azadlıq uğrunda apardıqları mübarizə əzmini heç cür həzm edə bilmirdilər. Qeyd olunan tarixi zamanlarda insanlar nə qədər təxribatlara sürüklənsələr də, respublikamızın rəhbərliyində olanların xalqa qarşı münasibətlərində xəyanətkar mövqeləri aşkar olunsa da, ümumxalq əzəmətini, xalqımızın azadlıq  ruhunu heç kim, heç bir qüvvə sındıra bilmədi. Öz ömrünü başa vurmaqda olan Sov.İKP-nin rəhbərliyində duran Мixail Qorbaçov və onun əlaltıları isə, məhz yeni təxribat planlarını həyata keçirmək üçün paytaxt Bakı şəhərinə qoşun yeritdilər. Dinc, silahsız insanlara qarşı misli bərabəri olmayan həddə qəddarlıqlar törədildi, yüzlərlə dinc sakin qanlarına qəltan olundular. Analoqu olmayan bu cür vəhşiliklə də, imperiya xisləti ilə yaşayanlar xalqımızın gözünü nə qorxuda, nə də ki, azadlıq uğrunda  apardığı mübarizə əzmini sındıra bilmədilər. Bu mübarizənin nəticəsi olaraq xalqımız ХХ əsrin son onilliyində ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu bütün dünyaya bəyan etdi.eff34a37cde9f2317dbf5e94754e5844 800  

     Qeyd edək ki, hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı respublikamızın bütün şəhər və rayonlarında silsilə tədbirlər keçirilir, həmin günlərin acı xatirələri bir daha yada salınır. Bir-iki gündən sonra bu faciənin 32-ci ili tamam olacaq. Ona görə də, ölkə rəhbərinin imzaladığı müvafiq Sərəncam əsasında öncədən tədbirlər planı işlənib hazırlanmışdır ki, bu da faciə qurbanlarının ruhuna olunan hörmətdir, dərin ehtiramdır. Həmin gün ölkəmizin şəhər və rayonlarda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulacaq, onların xatirələri bir daha yada salınacaq. Bu tədbirlərdə şəhər və rayonların idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, məktəblilər, ziyalılar, Qarabağ müharibəsi veteranları və s. iştirak edəcəklər. Hər il faciə qurbanlarının ildönmü ilə bağlı keçirilən tədbirlər zamanı  Şəhidlər Xiyabanına yürüş təşkil olunur və  xalqımızın müstəqilliyi, suverenliyi, torpaqlarımız bütövlüyü uğrunda canlarını qurban vermiş  şəhidlər ziyarət olunur, onların məzarları üzərinə tər-çiçəklər düzülür. Bəli, 20 Yanvar faciəsi xalqımızın qürur mənbəyidir və artıq bizi həmin gündən 32 illik tarixi zaman ayırsa da, xalqımız heç vaxt faciə qurbanlarının əziz xatirəsini unutmur. Həmin gün Ümumxalq Hüzn Günü kimi deyil, əslində xalqımızın milli müstəqilliyini əldə etməsi uğrunda mübarizə meydanında göstərdiyi  əzmkarlığın, məğrurluğun, imperiya buxovundan xilas olmaq istəyinin ortaya qoyulduğu gündür. Hər kəsə bəllidir ki, xalqımız faciə zamanı  həyatdan köçmüş övladlarına 40 gün matəm saxladı və qürurlu iradəsi ilə başını dik tutdu, heç zaman əyilmədi. Çünki, hər kəs görüb dərk etdi ki, faciə qurbanları öz ölümləri ilə şəhidlik zirvəsinə ucaldılar. Bəli, ana Vətən, müqəddəs torpaqlarımızın bütövlüyünün təmin olunması uğrunda ölən hər kəs şəhidliyin ən uca zirvəsində durur. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, müstəqil yaşamaq hüququnu məhv etmək məqsədi daşıyırdı və bu bizim xalqımıza qarşı düzülüb-qoşulmuş mərkli planın tərkib hissəsi idi. O halın varlığını unutmaq olmaz ki, bu faciə xalqımızın tarixində təkcə ağrılı-acılı gün kimi deyil, eyni zamanda şərəf günü kimi də yadda qalmalıdır və bir kimsə də unutmamalıdır ki, həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini göstərdi.    

    Bəli, 20 Yanvar faciəsi və onun baş vermə səbəbləri xeyli müddət müzakirə olunsa da, nəhayət ki, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, bu məsələ bir daha gündəmə gəldi və faciənin başvermə səbəblərinə hüquqi qiymət verildi. Bundan əlavə, Ulu Öndər hakimiyyətdə olarkən 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də, lazımi addımlar atıldı. Yəni, çox keçmədi ki,  bütün şəhid məzarlarının üstü götürüldü və onların əziz xatirəsinin əbədləşdirilməsi məqsədilə, Şəhidlər Xiyabanında  memorial abidə kompleksi ucaldıldı. Ən əsası, ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncam əsasında, həmin  gün illərdir ki, respublikamızda Ümumxalq Hüzn günü kimi qeyd olunmaqdadır.343 1 1579243766      

      Onu da qeyd etmək yerinə düşər ki, 20 Yanvar faciəsi xalqımızın milli birlik və vətənpərvərliyinin göstəricisi oldu və Azərbaycan xalqının öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli bir tarixinə çevrildi. Faciənin baş verdiyi gecə sovet qoşunları Bakıda, digər şəhər və rayonlarda 146 nəfəri qətlə yetirir, 744 nəfəri yaralayır, 841 nəfər şəxs isə, qanunsuz olaraq həbs olunur. Faktdır ki, rus-erməni işğalçı qüvvələri tərəfindən 200-dən çox mənzil, 80 avtomaşın, o cümlədən təcili-tibbi yardım maşınları, dövlət əmlakı və şəxsi əmlaklar və s. yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində sıradan çıxarılır. Nə qədər ağrılı-acılı olsa da, bu gün həmin tarixi günləri yaşayanlar, yeni nəslin nümayəndələri xalqımızın mübarizə tarixinin şanlı səhifəsinə çevrilmiş 20 Yanvar faciəsini unutmur və hər il Şəhidlər Xiyabanını ziyarət etməklə, bir daha faciə qurbanlarının ruhuna dualar oxuyub, onların xatirələrini ehtiramla yad edirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!…

Leyla Süleymanova

Xətai rayon qeydiyyat şöbəsinin rəisi

araz.az xəbər portalı.