Dünən Azərbaycan Milli Xalça Muzeyində “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi”nin rəsmi açılış mərasimi keçirilib. Muzeydən araz.az-a daxil olan məlumatda bildirilir ki, sərgini Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq, rəssamın zəngin, rəngarəng, ecazkar yaradıcı dünyasından danışıb. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Tamilla Məmmədova, qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayeva çıxış ediblər.
Verilən məlumata görə, sərgidə sənətkarın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunur. Burada Tamilla Abdullayevanın “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərləri təqdim edilir.
Müxtəlif toxuma üsulları ilə ərsəyə gələn, sakit, həzin, tarazlaşdırılmış kompozisiyaları, elementlərin səthdə ustalıqla yerləşdirilməsi, isti, qəlboxşayan, gözəl və zəngin rəng qamması ilə seçilən qobelenlərdə rəssamın ecazkar yaradıcı dünyası müşahidə olunur. Rəssam bu əsərləri yaradarkən əksər hallarda hazır eskizdən deyil, yalnız bədii ideya və improvizasiya bacarığından bəhrələnib.
Sərgidə T. Abdullayevanın ustadı, görkəmli rəssam Lətif Kərimovun yaradıcılıq yolunu davam etdirərək, yaratdığı “İslimibəndlik”, “Əfşan”, “Saxsıda güllər” xalçaları da təqdim edilir. Yüksək zövq və romantik qəlbə sahib rəssamın bu əsərlərində rəng və ornamentlər arasında çox gözəl bağlılıq qurulub.
Məlumatda o da qeyd edilir ki, sərgi çərçivəsində mühazirə, rəssamla görüş, qobelentoxuma üzrə ustad dərslər, tematik ekskursiyalar keçiriləcək.
Sərgi 25 fevral 2022-ci il tarixinədək davam edəcək.
[bt_slider uid=”1643450777-61f511998bbcb” target=”_blank” width=”450″ crop=”yes” thumbnail_width=”400″ thumbnail_height=”250″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”28400″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.50.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.50.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.51.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.51.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.52.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.52.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.51 (2).jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.51 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.50 (1).jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.50 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.49 (1).jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.49 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.51 (1).jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.51 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.49.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.49.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.45.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.45.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.48.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.48.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.43.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.43.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.43 (2).jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.43 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.44.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.44.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.27.49.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.27.49.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.43 (1).jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.43 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.42 (1).jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.42 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-01-29 at 13.28.42.jpeg” title=”WhatsApp Image 2022-01-29 at 13.28.42.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]
araz.az xəbər portalı.
araz.az xəbər portalı.