1643623901 ilqarisBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında vəkillər müdafiə çıxışları ediblər.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər – İlhamə Həsənova ilə Rəşad Əliyev çıxışlarında ittihamın əsassız olduğunu deyiblər.

Onlar İ.İsmayılovun barəsində bərat hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.