WhatsApp Image 2022 02 01 at 01.15.00Vətəndaş Həmrəyliyi Partiyasından araz.az-a verilən məlumata görə, partiyanın bölgə təşkilatlarının təşəbbüsü ilə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümü ilə bağlı toplantılar keçirilib.WhatsApp Image 2022 02 01 at 01.13.38

VHP Tovuz, Yevlax, Şirvan, Biləsuvar və Goranboy rayon təşkilatlarının keçirdiyi toplantılarda Rəsulzadənin ictimai-siyasi fəaliyyəti, Cümhuriyyət dönəmindəki rolu və Azərbaycanın ictimai-siyasi fikir tarixindəki rolu müzakirə edilib.WhatsApp Image 2022 02 01 at 01.16.32

VHP Tovuz Rayon Təşkilatının sədri Nəsimi Tovuzlu çıxışında bildirib ki, M. Rəsulzadə Cümhuriyyətin ideoloji-siyasi bazasının əsas banilərindən biridir: “Bu gün biz də Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir”.WhatsApp Image 2022 02 01 at 01.16.43 1

VHP Yevlax Rayon Təşkilatının sədri Vüqar Cəfərli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biridir: “Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun taleyinin Cümhuriyyətdən sonrakı dövrü də çox keşməkeşli olub. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikirləri istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü dövlətimiz AXC-nin varisidir. Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıyıq”.WhatsApp Image 2022 02 01 at 01.16.57

VHP Goranboy Rayon Təşkilatının sədri Zaur Məmmədli Rəsulzadənin Cümhuriyyət dövründəki fəaliyyəti, AXC-nin quruculuğ dövründəki işlərindən geniş bəhs edib: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan adına, həm də Şərqin ilk demokratik dövlətinin qurucusudur. Məhəmməd Əmin Rəsulzadənin keçdiyi mübarizə yolunu bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Rəsulzadənin ideoloji-siyasi sistemi yüz il sonra da aktuldır və “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı dünya siyasi sisteminin bu gün də qəbul etmək zorunda olduğu prinsipdir.”WhatsApp Image 2022 02 01 at 01.17.10

VHP Şirvan Şəhər Təşkilatının sədri Aqil Vəli və VHP Biləsuvar Rayon Təşkilatının sədri Məharət Ağayev özlərinin çıxışlarında Azərbaycan dövlətçilik tarixində Rəsulzadənin rolu və yeri barədə danışıblar. Natiqlər çıxışlarında Rəsulzadənin cümhuriyyətdən əvvəlki və mühacitdəki fəaliyyıtindən, Azərbaycan uğrunda fəaliyyətindən bəhs ediblər.WhatsApp Image 2022 02 01 at 01.17.21

araz.az xəbər portalı.

araz.az xəbər portalı.