WhatsApp Image 2022 01 31 at 23.54.42 1ABŞ-ın FOX telekanalı tərəfindən yayımlanan və son illərin ən çox gözlənilən filmi “The cleaning lady” serialında Azərbaycana qarşı təxribat törədilib. araz.az bildirir ki, rejissorluğunu Marisol Adler, Milan Çevlv və Stevenn Depaulun etdiyi serialın ilk 10 bölümü 3 yanvar 2022-ci ildə yayımlanıb.
Bu serial mafia və bir qadının bu mafiaya açıq savaş açmasına həsr edilib. “The cleaning lady” əvvəllər Filippin həkimi olan təmizlikçi qadın, hazırda Las-Veqasda işləyən və yaşayan Toni De La Rozadan bəhs edən dramdır. Onda bizim üçün daha maraqlı olan məqam isə, serialın 3-cü bölümündə Azərbaycana qarşı açıq təhdid ifadə edən fikirlərin səslənməsidir. Sözügedən bölümdəki səhnələrdən biri açıq şəkildə Azərbaycana qarşı təhdid xarakterlidir.
Belə ki, səhnədə erməni lobbisinin ABŞ-dakı əsas təmsilçilərindən biri çıxış edərək oğluna səslənir. O, vətənin (Ermənistanın — red.) bölündüyünü və oğlunu Qarabağı Azərbaycandan almaq üçün, erməni ordusuna göndərdiyini açıqlayır.
Onu da qeyd edək ki, bu, FOX telekanalının ölkəmizə qarşı birinci qərəzli münasibəti deyil.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/kIs2SyqiV5s’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.