95527018Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Ukraynaya hər hansı bir səyahətdən çəkinməyi tövsiyə edib.

araz.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“Nazirlik Ukraynaya hər hansı səfərdən çəkinməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya nəqliyyatı hələ də mövcud olduğu halda, indi oranı tərk etməlidirlər”, – deyə qeyd edilir.

Bildirilir ki, 2022-ci ilin yanvarından Rusiya qoşunlarının Ukrayna sərhədlərinə yığılması hərbi əməliyyat təhlükəsini artırıb:

“Bu artan təhlükə ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi səfirliyin əməkdaşlarının Kiyevdən çıxarılması barədə qərar qəbul edib. Səfirlik açıq qalır, lakin konsulluq xidməti göstərə bilməyəcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.