Çöl görünüşü əla vəziyyətdə, salonu da səliqəli, mühərriki isə saat kimi işləyir…
Görənləri heyran edən bu avtomobil, nə az nə çox, düz 1938-ci ilin istehsalıdır.
araz.az-ın məlumatına görə, avtomobili göz bəbəyi kimi qoruyub- saxlayan Teymur Məmmədov deyir ki, retro avtomobil 1970-ci ildən Sumqayıtdadır. Ona isə bu maşını yaxını hədiyyə edib.
Sahibi deyir ki, bu avtomobili adətən klip çəkilişlərində və toylarda gəlin gətirmək üçün istifadə edirlər. Əslən Qubadlı rayonundan olan Teymur Məmmədovun bu retro avtomobillə bağlı arzuları da var.
“Mercedes” markalı bu retro avtomobil 2,4 litr həcmli mühərrikə sahib olmaqla, 85 at gücünə malikdir.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/EnJvRNnLKHU'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.
araz.az xəbər portalı.