экрана 2022 02 24 155716Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə İrəvan arasında başlayan danışıqlar prosesinin uğurla nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açılmasının mümkünlüyünü istisna etməyib.

araz.az  TASS-a istinadla xəbər verir ki, Ərdoğan bu barədə Seneqaldan qayıtdıqdan sonra təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında deyib:

“Əgər Ermənistan iki ölkənin xüsusi nümayəndələrinin başlatdığı danışıqlar prosesini irəlilətməkdə qərarlı olarsa, o zaman Türkiyənin bağlı sərhədləri saxlamasına ehtiyac qalmayacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.