1642661306 hikmet 900x530Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.

araz.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ukraynada baş verənlərə münasibət bildirərkən deyib:

O, deyib ki, Azərbaycan Ukrayna ətrafında cərəyan edən hadisələri izləyir.

Prezidentin köməkçisi bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.