WhatsApp Image 2022 03 10 at 01.38.03Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Bu barədə araz.az xəbər portalına Müdafiə Nazirliyindən bildirilib. “Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir”, — nazirlikdən əlavə ediblər.
Qeyd edək ki, sosial şəbəkələrdə işğal altında olan ərazilərdə döyüşlərin getməsi ilə bağlı çoxsaylı xəbərlər yayılıb. Bu xəbərlərə görə, Xocalı və Xocavənd istiqamətində ordumuz separatçı-terrorçulara ağır zərbələr vurur. Onu da qeyd edək ki, bunu həm yerli, həm erməni mənbələrində yayılan informasiyaların analizi deməyə əsas verir.
Və bu informasiyalardan belə anlaşılır ki, bu proses, 44 günlük Vətən Müharibəsindən sonra, ilk dəfə, bu qədər genişçaplıdır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.