nezaket55“Ukrayna tərəfi Gebbels üslubunda dezinformasiya ilə məşğuldur. Gebbels deyirdi ki, yalanı elə həyasızcasına deməlisən ki, qarşıdakı buna inanmaqdan başqa yolu qalmasın. Ağlına belə gətirməsin ki, bu boyda ağ yalan olmaz. Məlumat yayıblar ki, guya Qarabağdakı sülhməramlılar Ukraynada əsir düşüb. Özü də kolon səhər yola çıxıb, axşam artıq orada əsir götürülüblər. Bu nə ucuz, aşağı səviyyəli, primitiv dezinformasiyadır. 900 min nəfərlik həqiqi hərbi xidmət, 2 milyon nəfərlik ehtiyat hərbi qulluqçusu olan Rusiya Qarabağdakı 2 min hərbçiyə möhtac qalıb ki, onları aparıb töksün oralara?!”

araz.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova bildirib.

“Ukrayna da, Qarabağ da Qərbin postsovet məkanına sızmasının qarşısının alınmasının ayrı-ayrı cəbhələridir, hər ikisi də önəmlidir!” – N.Məmmədova qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.