“Bir ildən çoxdur ki, Üçtərəfli İşçi Qrupu çalışır. Təəssüf ki, böyük proqres əldə olunmayıb, amma nisbi proqres var”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.
O bildirib ki, Azərbaycan öz növbəsində bütün kommunikasiyaların açılmasına dair işləri öz ərazisində həyata keçirməyə başlayıb.
Nazir vurğulayıb ki, təhlükəsizlik ən vacib məsələlərdən biridir: “Azərbaycan qeyd-şərtsiz iki dövlət arasında sərhədlərin delimitasiyasına başlamağı təklif edib. Amma təəssüf ki, Ermənistan tərəfindən bu səyləri görmürük”.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Gorus-Qafan yolunu ermənilər üçün açıq saxlayıb: “Azərbaycan Gürcüstan ərazisində çətinlik olanda Ermənistana öz ərazisindən Rusiyadan gələn qazın nəqlinə icazə verib”.
araz.az xəbər portalı.