hikmethajiyev270121“Bu gün Azərbaycanla Ermənistan arasında gündəlikdə duran və müzakirə olunacaq kifayət qədər məsələlər var”.

araz.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın regional sülhü və təhlükəsizliyi gücləndirmək üçün bir sıra təklifləri var: “Bu təkliflərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaqdır. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də buna cavab verməyib”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.