mixail“Mən 1990-1991-ci illərdə Qarabağda-Xankəndidə və Şuşada olmuşam, ərazi bütövlüyünü müdafiə etmişəm. 44 günlük Vətən müharibəsi illərində dövlətimizin müdafiəsi ilə bağlı mətbuatda çıxış etmişəm”.

araz.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin deyib.

Deputat qeyd edib ki, Vətən müharibəsində əsgərlər üçün yardımların toplanmasında, dəstək tədbirlərində aktiv iştirak edib: “Rusiya ilə bağlı mövqeyimə gəlincə, müttəfiqlik müqaviləsini imzalayan Azərbaycan Prezidentinin addımını tam dəstəkləyirəm. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq, bəyanatlarımızda da məsuliyyətli olmalıyıq. Ukraynada qohumlarım var, əhalinin hakimiyyətə münasibəti fərqlidir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.