press“Kiyev vilayətinin İrpen şəhərində daha bir jurnalist yaralanıb, hazırda ona ilkin tibbi yardım göstərilir, döyüş bölgəsindən çıxarılır”.

araz.az  UNİAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

“İşğalçılar hətta Ukraynadakı həqiqətləri dünyaya çatdıran beynəlxalq medianın əməkdaşlarını da qətlə yetirirlər. “New York Times” qəzetinin 51 yaşlı müxbiri bu gün İrpendə güllələndi və həyatını itirdi” – o əlavə edib. 

araz.az xəbər portalı.