Rusiya Ukrayna ərazisində daha bir separatçı rejim yaratmağı planlaşdırır.
araz.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb ki, Rusiya qüvvələri Xersonda yeni separatçı respublika yaratmaq üçün referendum keçirməyə hazırlaşır.
Xerson Vilayət Şurasının deputatı Sergey Xlan da iddia edib ki, ruslar “qondarma” müstəqil respublikanın yaradılması ilə bağlı referendum keçirməyə hazırlaşırlar. Xlan Facebook hesabında yazıb ki, ruslar bəzi şura üzvləri ilə əməkdaşlıq edərək müstəqilliyi referenduma çıxarmağı planlaşdırırlar: “Mən Xerson rayon şurasının bütün üzvlərinə müraciət edirəm. Hörmətli həmkarlar, əminəm ki, qərarınızın nəticələrini başa düşürsünüz. Xersonda müstəqil respublikanın yaradılması regionumuzu, həyatımızı gələcəyi olmayan bir çuxura çevirəcək. Onlara səs verməyin. Onlara legitimləşdirmə fürsəti verməyin”.
Xlan şura üzvlərinə ruslarla əməkdaşlıq etməmək barədə xəbərdarlıq edib: “Ukrayna tarixinə satqınlar kimi deyil, adları nəsillərin yaddaşında qalacaq həqiqi şəxsiyyətlər kimi daxil olun”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.